"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub

İdman

11.01.2022 - 23:48

Mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib

Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi müəyyənləşib. AYNA-nın məlumatına görə, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.

Funksioner ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş