Qadın basketbolçularımız təsnifat mərhələsinin qalibi olub

İdman

10.06.2024 - 02:46

Millimiz Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.

AYNA xəbər verir ki, komandamız finalda Kipri 21:12 hesabı ilə məğlub edərək buna nail olub.

Bununla da milli Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş