Putin Zelenskli ilə görüşə razıdır

Dünya

19.08.2025 - 10:16

Rusiya Prezidenti Ukrayna lideri iləı yaxın iki həftə ərzində görüşməyə razılaşıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb.

AYNA.AZ xarici mediaya istinadən məlumat verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.

Onun sözlərinə görə, görüşün yeri hələ müəyyən edilməyib.

Kansler belə bir sammitə yaxşı hazırlaşmağın vacibliyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş