Liderlər təxminən üç saat danışıqlar aparıblar
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin təxminən üç saat davam edən danışıqları başa çatdırıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Pekindəki Xalq Yığıncaqları Zalında keçirilən sammit Putin və Si Cinpin arasında təkbətək görüşlə başlayıb. Daha sonra dövlət başçılarına əsas nümayəndə heyətləri qoşulub və danışıqlar geniş tərkibdə davam edib.
Danışıqlardan sonra ölkə liderləri hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında birgə bəyanat imzalayıblar.