Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaqlar
Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianla görüşəcək. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Gözlənilir ki, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, o cümlədən regional və beynəlxalq gündəlikdəki aktual məsələlər müzakirə olunacaq”, - deyə bildirilib.
Qeyd olunub ki, danışıqların sonunda Putin və Pezeşkian Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaqlar.
Daha əvvəl Vladimir Putin bildirib ki, Pezeşkiyanın Moskvaya səfəri zamanı İran və Rusiya “fundamental saziş” imzalaya bilərlər. Ölkələr logistika, enerji və təhlükəsizlik sahələrində uzun müddətdir əməkdaşlıq edirlər və bu sahələrdə yeni hərtərəfli strateji əməkdaşlıq sazişi imzalaya bilərlər.