Putin və Pezeşkian Cənubi Qafqazı müzakirə edib

Dünya

25.08.2025 - 22:01

Telefon danışığında İranın nüvə proqramı ətrafında vəziyyət də müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən bildirilib.

Söhbət zamanı Putin iranlı həmkarına avqustun 15-də Ankorikdə (Alyaska) keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib.

Pezeşkian da öz növbəsində Ukraynada münaqişənin sülh yolu ilə həllinə yönəlmiş davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.

"Tərəflər həmçinin ikitərəfli gündəliyin cari məsələlərini, İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verənləri müzakirə ediblər. Putin və Pezeşkian Çində keçiriləcək ŞƏT sammitində (31 avqust - 1 sentyabr) görüşmək barədə razılığa gəliblər", - Kremlin məlumatında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş