Putindən qlobal iqtisadi böhrandan çıxış yolu təklifi

Dünya

23.06.2022 - 19:28

"Biz yalnız vicdanlı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında..." 

Rusiya Prezidenti Vladimir Putin BRİKS-in XIV sammiti zamanı deyib ki, qlobal iqtisadi böhrandan çıxış yolu yalnız qarşılıqlı faydalı əməkdaşlıq əsasında mümkündür. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

“Əlbəttə, biz yalnız vicdanlı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında ayrı-ayrı dövlətlərin düşünülməmiş, eqoist hərəkətləri nəticəsində dünya iqtisadiyyatında yaranmış böhranlı vəziyyətdən çıxış yollarını axtara bilərik”, - Putin söyləyib.

Rusiya Prezidentinin sözlərinə görə, "bu dövlətlər makroiqtisadiyyatdakı səhvlərini bütün dünyaya yaymaq üçün maliyyə mexanizmlərindən istifadə edir".

Müəllif: Ayna.az