Putin: "Qarabağda humanitar vəziyyət yaxşılaşıb"

Xəbərlər

21.12.2021 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti sülhməramlılara təşəkkür edib

"Qarabağda Rusiya sülhməramlılarının olması səbəbindən humanitar vəziyyət yaxşılaşıb". AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin xatırladıb ki, artıq bir ildən çoxdur sülhməramlılar Qarabağda sabitliyin qorunmasına kömək edirlər: "Böyük ölçüdə onların səyləri nəticəsində humanitar vəziyyət yaxşılaşıb. Bir neçə rayonun ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb”.

Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş