Rusiya Prezidenti cəbhədə baş verənlərə görə narahatdır
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda baş verənləri faciə adlandıraraq, bundan narahat olduğunu bildirib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, Prezidentin açıqlamasını jurnalist Pavel Zarubin yayımlayıb.
Rusiya liderinin sözlərinə görə, Dağlıq Qarabağdakı münaqişənin yekun həllinə hələ çox var. O qeyd edib ki, Ermənistan rəhbərliyinin müttəfiq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Rusiyaya sualları yoxdur.