Putin Orta Asiya ölkələrinə səfər edəcək

Dünya

26.06.2022 - 23:05

Rusiya Prezidenti Tacikistana və Türkmənistana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.

Bildirilib ki, dövlət başçısı əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Putin Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya Prezidenti Coko Vidodo ilə görüşəcək.

Müəllif: Ayna.az