Putin Lukaşenkoya orden verdi

Dünya

30.08.2024 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti belaruslu həmkarını təltif edib

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı - Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif edib. AYNA xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Qeyd edək ki, Aleksandr Lukaşenkonun avqustun 30-da 70 yaşı tamam olub.

Putin bu mükafatı Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də ittifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə təqdim edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş