Rusiya Prezidenti Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib
Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib.
AYNA rus mediasına istinadən xəbər verir ki, Rusiya dövlət başçısının müvafiq fərmanı ilə Gürcüstan vətəndaşları üçün vizasız rejimi yumşaldılıb. Artıq onlar Rusiyada işləyə və ölkədə 90 gündən çox vizasız qala biləcəklər.