Putin: “Buçada baş verənlərin Rusiya ordusuna aidiyyatı yoxdur”

Dünya

27.04.2022 - 01:45

Həkimlər Klinikalar SEO Xidməti

Putin İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunduğunu deyib

“Ukraynanın Buça şəhərində baş verənlərin Rusiya ordusuna heç bir aidiyyatı yoxdur. Lakin Moskva bu təxribatı kimin törətdiyini bilir”.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreşlə görüşdə deyib.

 

Putin bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin danışıqları davam etdirmək üçün açıq niyyət olduğu anda Moskva belə bir təxribatla üzləşib. Bundan sonra vəziyyət köklü şəkildə dəyişib.

Putin qeyd edib ki, hadisələrin Rusiya ordusuna heç bir aidiyyatı olmasa da, Moskva bu təxribatı kimin və hansı vasitələrlə törətdiyini bilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş