Putin: “Atəşkəsə razı olmayacağıq”

Dünya

04.06.2025 - 22:57

cedabet dərman SEO Xidməti

"Hazırkı Kiyev hakimiyyətində heç də sülh lazım deyil"

"Kreml 30 və ya 60 günlük atəşkəsə razı olmayacaq. Çünki hərbi əməliyyatlardakı sakitlik rejimi Qərb silahları ilə təminat üçün istifadə olunacaq".

AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya prezidenti Putin Bryansk və Kursk vilayətlərində baş vermiş partlayışlara bağlı iclasda çıxışı zamanı bildirib.

Putin həmçinin bildirib ki, hazırkı Kiyev hakimiyyətində heç də sülh lazım deyil. Onlar üçün sülh hakimiyyətin itirilməsi deməkdir.

“Kiyev rejiminin sülhə ehtiyacı yoxdur. Onlar üçün bu, hakimiyyətin itirilməsi deməkdir. İstənilən möhlət səfərbərlik və yeni terror aktlarının hazırlanması üçün istifadə olunacaq”.

“Bu şəraitdə ümumiyyətlə kim danışıqlar aparır?” -deyə Prezident Ukraynanın yüksək səviyyəli görüş tələbini şərh edərkən deyib.

Putin bildirib ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Xarici İşlər Nazirliyi və təhlükəsizlik qüvvələri ilə Ukrayna nizamlanması məsələlərini müzakirə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş