“Duda Polşanı iki dəfə milli fəlakətə məhkum edən əcdadları kimi təkəbbürlüdür”
Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Polşa Prezidenti Anjey Dudanı Rusiyanın Ukrayna üzərində qələbəsinin NATO ilə müharibəyə gətirib çıxara biləcəyini söyləməsinə görə tənqid edib. AYNA xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
“Görünür, Duda tam olaraq nə dediyini başa düşmür. Başa düşürəm, Avropada çox istidir. Bəzi insanların beyni əriyir. Nəticə: Duda Polşanı iki dəfə milli fəlakətə məhkum edən əcdadları kimi təkəbbürlüdür. Bəzən danışmaqdansa susmaq daha yaxşıdır”, - deputat qeyd edib.
Federasiya Şurasının üzvü əlavə edib ki, blokun bu müharibədə əldə edəcəyi heç nə olmayacaq və onun bədəli müttəfiq ölkələr, eləcə də Polşanın özü üçün çox ağır olacaq.
İyulun 17-də Polşa lideri Duda bildirib ki, Moskvanın Ukrayna münaqişəsində qələbəsi onun NATO ilə müharibəsinin başlamasına səbəb ola bilər. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı artıq Rusiya ilə potensial silahlı münaqişəyə hazırlaşır.