Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yayıb

Hadisə

18.04.2021 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

 

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Ağdam Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş