Prokurorluq fəhlənin faciəvi ölümü barədə məlumat yayıb

Hadisə

03.07.2021 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Əlqahin Əliyev yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb

 

Ağsunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə AYNA-ya Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

 

Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.

 

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş