Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yayıb

Hadisə

24.12.2020 - 11:31

Kişi qısqanclıq zəmnində arvadını öldürüb

 

Dekabrın 23-də saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Sabunçu Rayon Prokurorluğunun AYNA-ya verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1993-cü il təvəllüdlü Kərimov Elşad Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Elşad Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif: Ayna.az