Prokurorluq 18 tələbənin zəhərlənməsini araşdırır

Xəbərlər

11.10.2024 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib

Qazax Rayon Prokurorluğunda Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə ilə bağlı araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Müəllif: Ayna.az