"Azərbaycan konvensiyanın üzvü olaraq, bütün tərəflərə dəvət göndərib"
“Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan konvensiyanın üzvü olaraq, bütün tərəflərə dəvət göndərib", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də Bakıda COP29 tədbiri start götürüb. 190-a yaxın ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir noyabrın 22-də başa çatacaq.