Prezidentin köməkçisi: “Düşmənə adekvat cavab veriləcək”

Siyasət

02.10.2020 - 14:42

Hikmət Hacıyev: “Ordumuz düşmənin döyüş qabiliyyətini əsaslı şəkildə zəiflədib”

 

“Bu müddət ərzində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrinin əsas təchizatına dəyən ziyan onların müqavimətini, döyüş qabiliyyətini əsaslı şəkildə zəiflədib”. AYNA xəbər verir ki, bu sözləri cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları davam etdirilir: “Ermənistan tərəfi raket hücumları həyata keçirməklə beynəlxalq hüquq normalarını pozur. Lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən onlara adekvat cavab veriləcək”.

 

Müəllif: Ayna.az