Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri təyin olunub
Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.
AYNA.AZ bildirir ki, bu barədə İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub.
Sərəncama əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.