Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, Qazaxıstanda səfir təyin edilib: Tacikistana yeni səfir təyin olunub
Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Digər Sərəncamla, o, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident bu barədə Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.