Ali Baş Komandan, Madagizin işğaldan azad olunması münasibətilə Hikmət Həsənovu təbrik edib
Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, İlham Əliyev Hikmət Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.
Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.