Prezident: “Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır”

Xəbərlər

05.05.2021 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir”

 

“Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir. Çox şadam ki, bizi ziyarət edirsiniz. Sizə möhkəm can sağlığı arzulayıram. Bilirəm ki, bu yaxınlarda koronavirusa yoluxmuşdunuz. Çox şadam ki, tamamilə sağalmısınız. Bu, sizin Azərbaycana səfərinizin bir az təxirə salınmasının səbəbi idi”.

 

AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən deyib.

 

Ölkə başçısı qeyd edib ki, Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var: “Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq”.

 

“Mən indicə bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq”, - deyə Prezident fikrini tamamlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş