Prezident Ümumdünya Ticarət Təşkilatının baş direktorunu qəbul edib

Xəbərlər

06.06.2024 - 16:15

cedabet dərman SEO Xidməti

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

AYNA xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğulayıb.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş