Prezident Türkmənistana səfər edib

Xəbərlər

28.11.2021 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak edəcək

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

AYNA xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşıladı.

Sonra Azərbaycan Prezidenti Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş