Prezident tikintiyə icazə qaydalarını təsdiqləyib

Xəbərlər

05.11.2020 - 12:37

cedabet dərman SEO Xidməti

Qanuna əsasən, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu təsdiqləyib.

 

AYNA-nın xəbərinə görə, qanuna edilən dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim ediləcək.

 

Həmçinin, qanuna əsasən, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib.

 

Belə ki, bundan sonra bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş