Prezident Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub

Xəbərlər

12.05.2021 - 23:51

Burada bir sıra sərgilərin keçirilməsi nəzərdə tutulub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.

 

AYNA-nın xəbərinə görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verilib.

 

Bildirilib ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az