Prezident sərəncam imzalayıb

Xəbərlər

02.02.2021 - 21:49

Dövlət başçısı bir qrup şəxsə rütbə verib 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA-nın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

 

general-polkovnik ali hərbi rütbəsi

general-leytenant Arzu Yusif oğlu Rəhimova

 

general-mayor ali hərbi rütbəsi

polkovnik Azad Hüseyn oğlu Əliyevə

polkovnik Natiq Sahib oğlu Qarayevə.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş