Məzahir Pənahov "exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə məlumat verib
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.
AYNA xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: "Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, "Sosial Tədqiqatlar Mərkəzi" MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirəcək".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.