MSK sədri: “Bu məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb”
Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə səsvermə üçün hazır vəziyyətdədir. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb.
AYNA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, bu məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb.