Prezident Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

Xəbərlər

25.02.2021 - 13:36

Dövlət başçısı pansionatda yaradılan şəraitlə tanış olub

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

 

AYNA-nın xəbərinə görə, dövlət başçısı pansionatda yaradılan şəraitlə tanış olub.

 

Prezidentə məlumat verilib ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.

Müəllif: Ayna.az