Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzalayıb

Xəbərlər

19.01.2021 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə başçısının fərmanı ilə fondun fəaliyyəti təmin ediləcək

 

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzalayıb. Bu barədə AYNA Prezidentin rəsmi saytına istinadən bildirir.

 

Aərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 1243 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

 

1. “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

2. “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur).

 

3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

5. Fond:

 

5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

 

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş