Deputat 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, P.Bülbüloğlu əvvəl Azərbaycanın mədəniyyət naziri, daha sonra ölkəmizin Rusiyadakı səfiri vəzifəsində işləyib. Hazırda isə P.Bülbüloğlu Milli Məclisin deputatıdır.