İlham Əliyev Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.
AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.