Ölkə başçısı “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.
AYNA.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.