Prezident İlham Əliyev Almaniyaya səfər edib

Xəbərlər

14.02.2020 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib

 

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

 

AYNA xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Prezident İlham Əliyev Almaniya səfəri çərçivəsində bu gün Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə də görüşüb.

Prezidentin Almaniyaya səfəri davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş