Komitə sədri “Vətənə xidmətə görə” ordeninə layiq görülüb
Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, təltif olunanlar arasında Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov da var.
Belə ki, Muradov Fuad Rauf oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.