Prezident deputatı ordenlə təltif edib

Xəbərlər

11.03.2025 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

Eldar İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Eldar İbrahimovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AYNA.AZ xəbər verir ki, Sərənama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Eldar İbrahimov Milli Məclisin üzvüdür. Azərbaycan Respublikası I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisinin deputatı olub. İqtisadi elmləri doktoru, professordur. Martın 12-də E.İbrahimovun 80 yaşı tamam olur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş