Prezident Baba Rzayevi sorğu-sual etdi: “Qarabağda işlər necə gedir?”

Cəmiyyət

19.04.2021 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Yəqin ki, may ayından oraya getmək daha asan olacaq”

 

Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

 

AYNA-nın xəbərinə görə, ölkə başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevdən Qarabağda elektriklə bağlı vəziyyəti soruşub.  

 

İlham Əliyev: “Qarabağda işlər necə gedir?”

 

Baba Rzayev: “Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır”.

 

İlham Əliyev: “Bilirəm, xətti çəkmisiniz”.

 

Baba Rzayev: “Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq”.

 

İlham Əliyev: “Bəs ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?”

 

Baba Rzayev: “Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir”.

 

İlham Əliyev: “Bəs, Kəlbəcər rayonunda?”

 

Baba Rzayev: “Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir”.

 

İlham Əliyev: “İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq”.

 

Baba Rzayev: “Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik”.

 

İlham Əliyev: “Bəs orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?”

 

Baba Rzayev: “Hər yerə verilib”.

 

İlham Əliyev: “Şuşada da heç bir problem yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş