Məzahir Pənahov: “Aşağı seçki komissiyalarından narazılıqlara dair faktlar araşdırılacaq”
“Qanun pozuntuları baş verən seçki komissiyaları günahkardır. Proseslər başa çatandan sonra məsələlərin araşdırılması davam etdiriləcək”.
AYNA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov belə deyib. O bildirib ki, aşağı seçki komissiyalarının fəaliyyətindən narazılıqlara dair faktlar araşdırılacaq.
“Biz əslində pozuntu baş vermiş məntəqələrin nəticələrinin ləğvinə meylliyik. MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır. Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”, - Pənahov əlavə edib.