Postlardan keçmək istəyən 2000-dən çox avtomobil geri qaytarılıb

Xəbərlər

22.01.2021 - 14:35

1 677 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub

 

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərdə və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan bir nəfər barəsində inzibati həbs, 1 677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Müəllif: Ayna.az