Pomidor turşusu bir ailəni zəhərlədi

Hadisə

13.12.2021 - 09:47

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxda kütləvi zəhərlənmə hadisəsi baş verib

Qazax rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir.

Onlar S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçludur.

Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayeva da xəstəxanaya aparılıb. Ona isə ambulator yardım göstərilib.

İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş