Polşalı deputat: "İsrail gözümüzün qabağında soyqırım törədir”

Dünya

15.04.2026 - 09:51

Konrad Berkoviç iclas zamanı üzərində svastika olan İsrail bayrağını nümayiş etdirib

Seymin iclası zamanı Polşa Seyminin üzvü Konrad Berkoviç “Davud ulduzu” əvəzinə üzərində svastika olan İsrail bayrağını nümayiş etdirib. AYNA.AZ xəbər verir ki, deputatın çıxışı Seymin “YouTube” kanalında yayımlanıb.

"İsrail gözümüzün qabağında, xüsusilə qəddarlıqla soyqırım törədir. İsrail yeni Üçüncü Reyxdir və onun bayrağı tam olaraq belə görünməlidir", - deyə polşalı deputat dəyişdirilmiş dövlət simvolunu göstərərək bildirib.

Berkoviçin hərəkətləri digər parlament üzvləri tərəfindən pislənib. Polşa qanunlarına görə, nasist simvollarını nümayiş etdirmək cinayətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş