Baş nazir virusla mübarizədə yeni strategiyaya keçid edildiyini bildirib
Koronavirusun (COVID-19) “Omicron” ştammının aşkar edilməsi və yoluxanların sayının rekord həddə çatması səbəbindən Polşa koronavirusla mübarizə strategiyasını dəyişir.
AYNA xarici mediaya istinadən bildirir ki, yanvarın 27-dən etibarən Polşa vətəndaşları həkim göndərişi olmadan apteklərdə pulsuz koronavirus testi verə biləcəklər.
Ölkənin Baş naziri Mateuş Moravietski və səhiyyə naziri Adam Niedzielski mətbuat konfransında bildiriblər ki, koronavirusla bağlı yeni vəziyyət yaranıb.
"Bacardığımız qədər yeni vəziyyətə hazırlaşmaq istəyirik. Buna görə də koronavirusla mübarizə strategiyamızda dəyişikliklər və təkmilləşdirmələr edirik”, - deyə Baş nazir söyləyib.
Xatırladaq ki, ötən sutka ərzində Polşada 36 min 665 yeni yoluxma halı qeydə alınıb. Bu, pandemiya dövründə ölkə üçün rekord göstəricidir.