Səfir: “Hazırda Polşa ərazisində təxminən 1,5 milyon ukraynalı yaşayır”
2019–2024-cü illər ərzində təxminən 26 min ukraynalı Polşa vətəndaşlığı alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar deyib.
Səfirin sözlərinə görə, “hazırda Polşa ərazisində təxminən 1,5 milyon ukraynalı yaşayır”.
Qeyd edək ki, sentyabr ayının sonunda Polşa Prezidenti Karol Navrotski ukraynalılara xüsusi yardım haqqında qanunu sonuncu dəfə imzalayıb. Yeni qanuna əsasən, Polşada işləməyən Ukrayna vətəndaşları bəzi sosial güzəştlərdən məhrum ediləcək.