Polşa Ukrayna ilə birgə silah istehsal edəcək

Dünya

30.07.2025 - 19:07

“Polşa təhlükəsiz ölkədir, NATO və Aİ-nin üzvüdür"

Polşa dövlət müdafiə konserni PZG Ukrayna ilə birlikdə Polşada silah istehsalı həyata keçirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin vitse-prezidenti Yan Qrabovski bildirib.

"Bizim Ukraynada istehsalat mövcud olmayacaq, lakin ikili təyinatlı və ya yalnız müdafiə təyinatlı məhsulların birgə istehsalı Polşa Respublikasının ərazisində həyata keçiriləcək. Polşa təhlükəsiz ölkədir, NATO və Aİ-nin üzvüdür", - Qrabovski qeyd edib.

PZG-nin vitse-prezidenti əlavə edib ki, konserni Rusiya ilə münaqişə başlayandan Ukraynaya hərbi texnika tədarük edir və pilotsuz sistemlər sahəsində birgə layihələr hazırlamağı planlaşdırır.

"Biz Ukrayna ilə əməkdaşlıq etmək istəyirik, xüsusən də mühüm infrastrukturu qoruyan yerüstü nəqliyyat vasitələri sahəsində", - Qrabovski vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş