Polşa milyardlarla dollar dəyərində haubitsalar sifariş edir

Dünya

24.12.2024 - 09:44

“Alınan texnika Polşa silah sənayesindən Polşa ordusuna əla hədiyyə”

Polşa ordusu yerli istehsal olan 96 ədəd KRAB özüyeriyən haubitsa alacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə dəyəri 4 milyard dollardan çox olan müqaviləni imzalayan Polşa Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

"17 milyard zloti (4,25 milyard dollar) bu gün Polşa ordusu üçün texnikanın tədarükü ilə bağlı müqavilələrin imzalandığı məbləğdir", - nazirlikdən bildirilib.

Ölkənin Baş nazirinin müavini Vladislav Kosinyak-Kamış müqaviləni “tarixi an” adlandırıb. Onun sözlərinə görə, alınan texnika “Polşa silah sənayesindən Polşa ordusuna əla hədiyyə” olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş