Polşa 45 rus diplomatını ölkədən çıxarır

Dünya

23.03.2022 - 19:38

Həkimlər Klinikalar SEO Xidməti

Kreml bunun cavabsız qalmayacağını bəyan etdi

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşanın Xarici İşlər Nazirliyindən 45 rusiyalı diplomatın ölkədən çıxarılması barədə nota alıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

"Mən Xarici İşlər Nazirliyindən 45 əməkdaşımızın - səfirliyin, ticarət nümayəndəliyinin Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə ölkədən çıxarılması ilə bağlı nota aldım", - deyə səfir bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə bildirib ki, bu hərəkətlər cavabsız qalmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş